• 20 Aprel 2024
logo
Qazaxıstan və Özbəkistanda rəngli inqilab təşkili... - Patruşev

Qazaxıstan və Özbəkistanda rəngli inqilab təşkili... - Patruşev

Bu il Qazaxıstan və Özbəkistanda baş verən qeyri-adi hadisələr Qərbin orada rəngli inqilablar təşkil etmək cəhdlərinin nəticəsi idi.
Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
“Rəngli inqilablar hələ də qondarma Amerika tipli demokratiyanı təşviq etmək üçün əsas vasitədir. Ölkəmizdə qərblilərin təxribata çəkmək cəhdləri mütəmadi olaraq müşahidə olunur. Məsələn, 2020-ci ildə Belarusda, bu ilin yanvarında Qazaxıstanda və iyulda Özbəkistandakı Qaraqalpaq Muxtar Respublikasında baş verən hadisələri belə qiymətləndiririk”, - Patruşev bildirib.