• 25 Aprel 2024
logo
Almanların qışdan sağ çıxmaları sual altındadır - Puşkov

Almanların qışdan sağ çıxmaları sual altındadır - Puşkov

Almaniya hakimiyyəti iddia edir ki, ölkə Rusiyadan qaz nəqlinin tam dayandırıldığı halda belə qışdan sağ çıxa biləcək. Bunun doğru olub-olmadığını yalnız qış göstərəcək. Və onların nə qədər sağ qalacaqları da sual altındadır.
Bu barədə senator Aleksey Puşkov Teleqram kanalında yazıb.
“Qarşıdan gələn qış Almaniya iqtisadiyyatı və sənayesi üçün böyük sınaq olacaq”, - Puşkov bildirib.
Qeyd edək ki, dünən Almaniyanın qaz operatorları ölkənin qaz anbarlarının 75,43%-nin dolduğunu açıqlamışdılar.