• 20 Aprel 2024
logo
S-300-lər Ermənistanda təqdim ediləcək

S-300-lər Ermənistanda təqdim ediləcək

Ermənistanda keçiriləcək “Ordu-2022” forumu çərçivəsində Rusiya istehsalı S-300 uzaqmənzilli zenit-raket kompleksi və ortamənzilli “Buk” özüyeriyən zenit-raket kompleksi “Patriot” parkında təqdim olunacaq.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata əsasən, avqustun 19-dan 21-dək baş tutacaq forumda 5 təyyarə, 27 gəmi və qayıq daxil olmaqla, 250-yə yaxın nümunənin təqdim edilməsi planlaşdırılır.
Forumda T-72B əsas döyüş tankı, müasir rabitə və elektron döyüş sistemləri, R-149 komanda-idarə maşını, “Qrad” reaktiv yaylım atəş sistemi və digər xüsusi hərbi texnikaların da nümayişi gözlənilir.