• 29 Mart 2024
logo
Meksikada güclü zəlzələ: paytaxtda da hiss edildi

Meksikada güclü zəlzələ: paytaxtda da hiss edildi

Meksikada 5,3 bal gücündə zəlzələ baş verib.
Bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.
Miçoakan ştatının Huetamo şəhərində baş verən zəlzələ yerin 56 kilometr dərinliyində meydana gəlib.
Yeraltı təkanlar zamanı dağıntı və tələfat qeydə alınmayıb.
Təbii hadisənin paytaxt Mexikoda da hiss olunduğu vurğulanıb.