• 20 Aprel 2024
logo
Belarusda hərbi aerodromda partlayış baş verdi

Belarusda hərbi aerodromda partlayış baş verdi

Bu gün gecə saatlarında Belarusun Qomel vilayətindəki “Zyabrovka” aerodromunda partlayışlar baş verib.
Bu barədə Belarus Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, aerodromda azı 8 partlayış olub.
Qeyd edək ki, avqustun 11-dən etibarən Rusiya Belarusla birgə atış təlimlərinə başlayacaq. Məhz həmin aerodromda da Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus təyyarələr yerləşdirilib.