• 19 Aprel 2024
logo
Boris Conson kabinetinə yeni nazirlər təyin edib

Boris Conson kabinetinə yeni nazirlər təyin edib

Böyük Britaniyanın Baş naziri Boris Conson kabinetinə yeni nazirlər təyin edib.
Bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, Ceyms Keleverli təhsil naziri, Robert Bakland isə Uels məsələləri üzrə nazir təyin olunub.
Qeyd edək ki, Boris Conson bu gün Mühafizəkarların lideri vəzifəsindən istefa verməyə hazırlaşır, lakin hələ də payıza qədər baş nazir vəzifəsində qalmağa ümid edir.