• 18 Aprel 2024
logo
Cozep Borrell Çin xarici işlər naziri ilə görüşüb

Cozep Borrell Çin xarici işlər naziri ilə görüşüb

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Çin xarici işlər naziri Van İ ilə görüşüb.
Bu barədə Borrell "Twitter"də bildirib.
“Çin XİN rəhbəri Van İ ilə Aİ-Çin münasibətləri müzakirə etdik.
Çini Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı məsələdə daha konstruktiv rol oynamağa və Rusiyanın hücumunun səbəbləri və fəlakətli qlobal iqtisadi nəticələrinə dair dezinformasiyanı dayandırmağa çağırdım”, - Borrell qeyd edib.