• 8 Avqust 2022
logo
Britaniya Rusiyanın ikinci ən zəngin adamına sanksiya tətbiq edib

Britaniya Rusiyanın ikinci ən zəngin adamına sanksiya tətbiq edib

Britaniya Rusiyanın ikinci ən zəngin adamına sanksiya tətbiq edib.
Bu barədə Britaniya hökumətinin saytında bildirilib.
"Sanksiyaya məruz qalanlar arasında Rusiyanın ikinci ən varlı adamı və böyük "İnterros" konqlomeratının sahibi Vladimir Potanin də var. Potanin sərvət toplamağa davam edir, çünki o, Putin rejimini dəstəkləyir, Rosbank-ı alıb və Rusiyanın Ukraynaya təcavüzündən sonrakı dövrdə Tinkoff Bank-da pay alıb. Putinin yaxın qohumu Rusiyanın məşhur kömür mədən şirkəti ASC Kolmar Group-un prezidenti Anna Tsivileva da sanksiyaya məruz qalıb. Tsivilevanın əri Sergey Tsivilev kömürlə zəngin Kemerovo vilayətinin qubernatorudur və cütlük Putinlə münasibətlərindən əhəmiyyətli dərəcədə faydalanıb. Bu gün ASC Kolmar Group-a da sanksiya tətbiq olunur", - Britaniya hökumətinin saytında bildirlib.