• 20 Avqust 2022
logo
Belarus iki istiqamətdə təxribat törədə bilər

Belarus iki istiqamətdə təxribat törədə bilər - Ukrayna

Belarus qoşunları Ukrayna ilə həmsərhəd rayonlarda təxribat törədə bilər.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
“Volın və Polesye istiqamətlərində Belarus silahlı qüvvələrinin Ukrayna ilə həmsərhəd ərazilərdə nümayişkaranə və təxribat xarakterli hərəkətləri, eləcə də qoşunlarımızın mövqelərini və fəaliyyətinin mahiyyətini aydınlaşdırmaq üçün kəşfiyyatın gücləndirilməsi istisna edilmir”, - Baş Qərargahda vurğulanıb.
Baş Qərargah Belarus ərazisindən və hava məkanından raket zərbələrinin davam etdiriləcəyini gözlədiyini açıqlayıb.