• 20 Avqust 2022
logo
Ukraynada alış-veriş mərkəzi raketlə vurulub, 13 nəfər ölüb

Ukraynada alış-veriş mərkəzi raketlə vurulub, 13 nəfər ölüb - VİDEO - YENİLƏNİB

Ukraynanın Poltava regionundakı Kremençuk şəhərində yerləşən alış-veriş mərkəzinə raket zərbəsi nəticəsində ölənlərin sayı artıb.
UNİAN-ın xəbərinə görə, hücumda həyatını irtirənlərin sayı 13 nəfərə çatıb. Şəhər administrasiyası yekun rəqəm söyləməyin tez olduğunu bildirib.
Xəstəxanaya yerləşdirilmiş 21 yaralıdan altısının vəziyyəti ağırdır. Otuzadək şəxsə, o cümlədən 2 uşağa ambulator yardım göstərilib.
***
19.26

Ukraynanın Poltava regionundakı Kremençuk şəhərində yerləşən alış-veriş mərkəzinə Rusiya qüvvələri iki raket zərbəsi endirib.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqramda paylaşım edib.
Qeyd edək ki, yanan ticarət mərkəzində mindən çox adamın olduğu bildirilir.