• 12 Avqust 2022
logo
Rusiya MN: Ukrayna növbəti dəfə İlan adasına uğursuz hücum cəhdi edib, Su-25 təyyarəsini itirib

Rusiya MN: Ukrayna növbəti dəfə İlan adasına uğursuz hücum cəhdi edib, Su-25 təyyarəsini itirib

Ukrayna növbəti dəfə İlan adasına aviasiya və çoxsaylı reaktiv yaylım atəşi sistemi ilə zərbələr endirməyə cəhdi edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
O, Ukraynanın İlan adasına hücumunun dəf olunduğunu və nəticədə “Pantsir-S” zenit-raket kompleksi tərəfindən Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsinin və 12 reaktiv mərminin vurulduğunu söyləyib: "İlan adasındakı Rusiya qarnizonun şəxsi heyəti arasında itkilər və dağıntı yoxdur".
Konaşenkov ötən sutka ərzində Rusiya hava hücumundan müdafiə sistemlərinin Ukraynaya məxsus səkkiz pilotsuz uçuş aparatını məhv etdiyini də qeyd edib:
"Hava döyüşündə Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi Dnepropetrovsk vilayətinin Zelenodolsk yaşayış məntəqəsi yaxınlığında vurulub".