• 25 İyun 2022
logo
Britaniya kəşfiyyatı: Rusiya Ukraynada “Vaqner”in qırıcı təyyarələrindən istifadə edir

Britaniya kəşfiyyatı: Rusiya Ukraynada “Vaqner”in qırıcı təyyarələrindən istifadə edir

Rusiya Ukraynada döyüş əməliyyatlarının dəstəklənməsində “Vaqner” hərbi şirkətinin qırıcı təyyarələrindən istifadə edir.
Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, Ukrayna qüvvələri iyunun 17-də Rusiyaya məxsus Su-25 qırıcı təyyarəsinin vurulması və pilotun qısa müddət sonra ələ keçirilməsi barəsində məlumat yayıb. Pilot Rusiya Hərbi Hava Qüvvələrinin (HHQ) keçmiş mayoru olduğunu, "Vaqner" hərbi şirkəti üçün çalışdığını və münaqişə zamanı bir neçə uçuş həyata keçirdiyini etiraf edib.
““Vaqner”in podratçısı kimi çalışan və təqaüddə olan personalın yaxın hava dəstəyi missiyalarını yerinə yetirməsi onu göstərir ki, Rusiya HHQ çox güman ki, Ukraynaya hücumu kifayət qədər aviasiya heyəti ilə dəstəkləməkdə çətinlik çəkir. Bu, çox güman ki, Rusiyanın kifayət qədər təlim keçmiş kadrlarının sayının azlığı və döyüş itkilərinin kombinasiyası ilə əlaqədardır. Rus pilotun öz missiyalarını yerinə yetirərkən Rusiya hərbi naviqasiya avadanlıqlarından deyil, kommersiya GPS cihazlarından istifadə etdiyi bildirilir. Bu, çox güman ki, “Vaqner” təyyarələrinin Su-25-in köhnə modelləri olduğunu və Rusiya HHQ-nin “Vaqner”i ən müasir avionika avadanlıqları ilə təmin etmədiyini göstərir”, - deyə Britaniya kəşfiyyatının məlumatında bildirilib.