• 27 İyun 2022
logo
Quterreş Dövlət Xidmətləri Günü ilə bağlı müraciət ünvanlayıb

Quterreş Dövlət Xidmətləri Günü ilə bağlı müraciət ünvanlayıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Dövlət Xidmətləri Günü ilə bağlı müraciət ünvanlayıb.
BMT Qlobal Kommunikasiyalar Departamentindən verilən xəbərə görə, müraciətdə bildirilir ki, başqalarına xidmət etməkdən daha böyük peşə yoxdur.
O, hər il Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu günündə dünyanın hər yerində öz fikir, təşəbbüs və qüvvələrini öz icmalarına və bəşəriyyətə xidmət üçün fəxrlə həsr edən qadın və kişiləri yada saldığını deyib:
“Bu ilin mövzusu bizə xatırladır ki, dövlət qulluğunda olan məmurlar icmalarda bərpa işlərini və dayanıqlı inkişafı təmin etmək üçün bir çox yerli və qlobal tərəfdaşlarla çiyin-çiyinə işləyir. Tərəfdaşlıq inklüziv xidmətlərin hazırlanması və həyata keçirilməsi üçün çox vacibdir – dövlət xidmətlərinin genişləndirilməsi üçün texnoloji həllərlə bağlı özəl sektorla əməkdaşlıqdan tutmuş, dövlət siyasətləri, proqramlar və icmaların fəaliyyətlərində müxtəlif fikirləri daha yaxşı əks etdirmək üçün vətəndaş cəmiyyətləri ilə birgə fəaliyyətədək. Gəlin bu əlamətdar gündə dövlət qulluqçularının dünyanın hər yerində təkcə gördüyü işi deyil, onların bütün insanlar üçün daha yaxşı gələcək qurmaq naminə tərəfdaşlığa olan sadiqliyini də qeyd edək".