• 29 Mart 2024
logo
Şarl Mişel Avropa Parlamentinin iclasına qatılmayacaq

Şarl Mişel Avropa Parlamentinin iclasına qatılmayacaq

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel COVID-19-a yoluxma şübhəsi ilə əlaqədar Avropa Parlamentinin iclasına qatılmayacaq.
Aİ Şurasının Prezidenti bu barədə "Twitter"də bildirib.
“Mənə məlumat verildi ki, COVID-19 testinin nəticəsi müsbət çıxmış şəxslə yaxın təmasda olmuşam. Bu səbəbdən mən bu gün Avropa Parlamentinin Strasburqda keçiriləcək plenar iclasında iştirak etməyəcəyəm”, - Şarl Mişel qeyd edib.