• 23 Aprel 2024
logo
Rusiyada ötən il yanğınlarda 380 uşaq həlak olub

Rusiyada ötən il yanğınlarda 380 uşaq həlak olub

2021-ci ildə Rusiyada yanğınlarda ölən uşaqların sayı artıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğına nəzarət üzrə baş dövlət müfəttişinin müavini - Nəzarət fəaliyyəti və profilaktik işlər departamentinin direktor müavini Sergey Dmitriyev bildirib.
"2021-ci ildə yanğınlarda 380 uşaq həlak olub ki, bu da 2020-ci illə müqayisədə 6,4% çoxdur", - deyə Dmitriyev Rusiya Federasiyasının İctimai Palatasında keçirilən iclasda çıxışı zamanı deyib.
Həmçinin Rusiyada hər il 300-ə yaxın uşaq su hövzələrində ölür.
Uşaqların ölümünün qarşısını almaq üçün, digər məsələlərlə yanaşı, Fövqəladə Hallar Nazirliyi uşaq təhlükəsizliyi portalını yeniləyib. Müxtəlif şəraitlərdə davranışa dair dərslər hazırlanıb.