• 1 İyul 2025
logo
Britaniyada son sutkada koronavirusdan 270 nəfər həyatını itirib

Britaniyada son sutkada koronavirusdan 270 nəfər həyatını itirib

Böyük Britaniyada son sutka ərzində 99 652 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 15 066 395 nəfərə çatıb.
Bu barədə Birləşmiş Krallığın Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 270 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 151 612 nəfərə çatıb.