• 24 Aprel 2024
logo
Rusiya XİN Gürcüstanın “3+3” formatında görüşdən imtina etdiyini açıqlayıb

Rusiya XİN Gürcüstanın “3+3” formatında görüşdən imtina etdiyini açıqlayıb - YENİLƏNİB

Rusiya Xarici İşlər Nazirliyi sabah Moskvada “3+3” formatında görüşün keçirilməyini təsdiqləyib.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, "3+3" formatında görüş xarici işlər nazirlərinin müavinlər səviyyəsində keçiriləcək: “Sabah Cənubi Qafqaz üçün “3+3” regional məsləhətləşmələr mexanizmləri formatında birinci iclası keçirilməlidir. Rusiya tərəfini həmin görüşdə xarici işlər nazirinin müavini Andrey Rudenko təmsil edəcək. Görüşün nəticələri və təmsil olunan ölkələrin tərkibi haqqında daha ətraflı sabah danışa bilərik”.
Zaxarova Gürcüstan nümayəndəsinin də bu görüşə dəvət olunduğunu açıqlayıb: “Onlar görüşdə iştirakdan imtina etdilər.
***
Saat 17:26

Rusiya Xarici İşlər Nazirliyi sabah Moskvada “3+3” formatında görüşün keçiriləcəyini təsdiqləyib.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfini həmin görüşdə xarici işlər nazirinin müavini Andrey Rudenko təmsil edəcək.