• 24 Aprel 2024
logo
Əli Baqiri: “Müzakirələr Vyanada davam edəcək”

Əli Baqiri: “Müzakirələr Vyanada davam edəcək”

“Qarşı tərəflərin paytaxtlarına gedib məsləhətləşmə aparmağa ehtiyacları var idi. İran və 4+1 ölkələr arasındakı danışıqlar gələn həftə davam edəcək”.
Bunu İranın nüvə müzakirələrində Vyanaya göndərilmiş nümayəndə heyətinin rəhbəri Əli Baqiri deyib.
O bildirib ki, bu gün müştərək komissiyanın iclasında İrana qarşı tətbiq olunan sanksiyaların ləğvi müzakirə olundu:"Qarşı tərəf İranın təklifləri ilə bağlı məntiqli və sübutlu cavablarını öz paytaxtlarında məsləhətləşməyə ehtiyac duyduqları üçün müzakirələr dayandırıldı. Müzakirələr gələn həftə yenidən Vyanada baş tutacaq."