• 17 Oktyabr 2021
logo
Yunanıstanda baş vermiş 6 ballıq zəlzələ Türkiyədə də hiss edilib

Yunanıstanda baş vermiş 6 ballıq zəlzələ Türkiyədə də hiss edilib

Yunanıstanın Krit adası sahillərində 6,3 bal gücündə zəlzələ olub.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) verdiyi xəbərə görə, zəlzələ bu gün yerli vaxtla saat 12:24-də qeydə alınıb.
Bildirilib ki, zəlzələ İzmir və onun ətraf ərazilərində də hiss olunub.
Krit adasının bəzi ərazilərində dağıntıların olduğu qeyd edilib.