• 1 May 2024
logo
Pentaqon çağırış etdi: Ukrayna dəhşətli vəziyyətdədir...

Pentaqon çağırış etdi: Ukrayna dəhşətli vəziyyətdədir...

Pentaqon rəsmiləri Nümayəndələr Palatasının üzvləri ilə görüşüb və onları Ukraynaya hərbi yardımı təsdiqləməyə çağırıb. Çünki Kiyev indi döyüş meydanında ağır şəraitlə üzləşir.

Baymedia.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.

“İstər döyüş sursatı, istər maşın, istərsə də platforma olmasından asılı olmayaraq, ruslar Ukraynadan üstündür. Sadəcə sizə deyim ki, Ukrayna indi döyüş meydanında dəhşətli şəraitlə üzləşib” ,- Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braun deyib.

ABŞ müdafiə naziri Lloyd Ostin də ölkə qanunvericilərinə çağırış edib:

“Biz artıq görürük ki, döyüş meydanında vəziyyət bir qədər Rusiyanın xeyrinə dəyişməyə başlayır. Biz onların tədricən uğur qazandıqlarını görürük. Ukraynalıların qarşısında xətti saxlamaq vəzifəsi durur”.