• 19 Sentyabr 2026
logo
Bayramov, Fidan və Darçiaşvili martda görüşəcək

Bayramov, Fidan və Darçiaşvili martda görüşəcək

17:38

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Ankarada gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə Cənubi Qafqazdakı son durumu müzakirə edib.

Baymedia.az xəbər verir ki, bu barədə nazirlərin görüşündən sonra keçirdikləri mətbuat konfransında H.Fidan deyib.

“Regionda ən yaxın gələcəkdə sabitliyin bərpası, konstruktiv mühitin təmin olunması barədə arzumuzu, mövqeyimizi ifadə etdik”, - o söyləyib.

***

Bu ilin martında Gürcüstan, Azərbaycan və Türkiyə XİN başçılarının üçtərəfli görüşü baş tutacaq.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ankarada gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə görüşündə bildirilib.