Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev respublika hökumətinin istefasını qəbul edib.
Baymedia.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Qazaxıstan Respublikası Konstitusiyasının 70-ci maddəsinə uyğun olaraq qərara alıram: Qazaxıstan Respublikası hökumətinin istefası qəbul edilsin, Qazaxıstan Respublikasının Baş nazirinin səlahiyyətləri müvəqqəti olaraq Roman Vasilieviç Sklyara həvalə edilsin”, - məlumatda qeyd olunub.
Eyni zamanda, Nazirlər Kabinetinin üzvlərinə hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrinin icrasını davam etdirmək tapşırılıb.