• 19 Sentyabr 2026
logo
Qazaxıstanda zəlzələ oldu

Qazaxıstanda zəlzələ oldu

Qazaxıstanın Almatı şəhəri yaxınlığında 4,6 bal gücündə zəlzələ olub.

Baymedia.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Almatıdan 55 kilometr şərqdə, 10 kilometr dərinlikdə yerləşib.