• 25 Fevral 2024
logo
İstanbulda prezident oğlunun həbsi tələb edildi

İstanbulda prezident oğlunun həbsi tələb edildi

İstanbul prokuroru kuryerin öldüyü qəzadan sonra Somali Prezidentinin oğlu Məhəmməd Həsən Mahmudun həbsini tələb edib.

Baymedia.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

“Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Həmçinin Mahmuda Türkiyədən çıxış qadağası qoyulub”, - məlumatda deyilir.

Qeyd edək ki, hadisə noyabrın 30-da İstanbulun mərkəzində Kennedi şossesində baş verib: motosiklet sürən 38 yaşlı kuryer Yunus Göçər yolun kənarında dayanmaq üçün tunelin çıxışında sürəti azaltmağa başlayıb. Sükanda Məhəmməd Həsən Mahmudun olduğu avtomobil isə eyni istiqamətdə hərəkət edərək motosikletə çırpılıb, zərbənin təsirindən Göçər həlak olub.