• 21 Fevral 2024
logo
İnterpolun axtardığı narkobaron İstanbulda saxlanıldı

İnterpolun axtardığı narkobaron İstanbulda saxlanıldı

İnterpolun qırmızı bülletenlə axtardığı şəxs İstanbulda saxlanılıb.

Baymedia.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya X-də yazıb.

O bildirib ki, Böyük Britaniyanın axtarışa verdiyi Şaun Monaghan İstanbulda həyata keçirilən “Kafes-16” əməliyyatı çərçivəsində saxlanılıb.

Ş.Monaghan qanunsuz narkotik dövriyyəsi, silah ticarəti, silahla adam yaralama, silahla təhdidetmədə ittiham olunur.

Məlumata görə, o, bu il oktyabrın 25-də Türkiyəyə gəlib.