• 21 Fevral 2024
logo
Bu türk ölkəsi bayrağında dəyişiklik edəcək

Bu türk ölkəsi bayrağında dəyişiklik edəcək

Qırğızıstan parlamenti ölkə bayrağının dizaynındakı dəyişikliyi birinci oxunuşda təsdiqləyib.

Baymedia.az xəbər verir ki, bu barədə Qırğızıstan parlamentinin saytında məlumat dərc olunub.

Qəbul edilən sənəd dövlət bayrağının dizaynında qismən dəyişiklik edilməsini nəzərdə tutur.

Qanun layihəsinin təşəbbüskarlarından biri, deputat Ulan Primovun sözlərinə görə, dəyişikliklə bayrağın üzərindəki dalğayabənzər günəş şüaları düzxətli forma ilə əvəzlənəcək.