• 21 Fevral 2024
logo
Türkiyədən göndərilən heyət Qəzzaya girdi

Türkiyədən göndərilən heyət Qəzzaya girdi

Qəzzada qurulması planlaşdırılan səhra xəstəxanasının texniki-iqtisadi əsaslandırmasını həyata keçirəcək texniki heyət bu gün səhər saatlarında Misir üzərindən (“Rəfah” keçid məntəqəsindən – red.) Qəzzaya gedib.

Baymedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası diplomatik mənbələrə istinadla məlumat yayıb.

Heyətin rəyindən asılı olaraq xəstəxananın ən qısa zamanda istifadəyə verilməsi planlaşdırılır.