Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Misirə səfər edə bilər.
Baymedia.az xəbər verir ki, bu barədə Ərdoğan Əlcəzairdən qayıdan təyyarədə türk jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, səfərin əsas məqsədi Qəzza zolağına yardımı müzakirə etməkdir.
“Qəzzadan olan xəstələrin daha çoxunun bölgədən çıxarılıb ölkəmizə gətirilməsini istəyirik”, - Ərdoğan bildirib.