• 19 Sentyabr 2026
logo
Təbrizdə Türkiyəyə qarşı aksiya hazırlanır - İnanılmaz səbəb

Təbrizdə Türkiyəyə qarşı aksiya hazırlanır - İnanılmaz səbəb

Bu gün günortadan sonra Türkiyənin Təbrizdəki konsulluğu qarşısında hökumətin təşkil etdiyi etiraz aksiyası keçiriləcək.

Baymedia.az xəbər verir ki, bu barədə SEPAH-a yaxın media məlumat yayıb.

Aksiyanın dini mərkəzlərin tələbələri tərəfindən planlaşdırıldığı iddia edilir.

“Qəzzanın bombalanması dərhal dayandırılmalı, İsrailə ərzaq və neft ixracı yolları bağlanmalıdır”, - çağırış posterlərində yazılıb.

Türkiyənin İsrailə qarşı sərt mövqe göstərməsinə baxmayaraq, belə bir aksiyanın planlaşdırılması sosial media istifadəçilərinin tənqidlərinə səbəb olub.

“Görünür, hədəf İsrail yox, Türkiyədir”, - şərhlərdə yazılıb.