• 24 Fevral 2024
logo
MİT PKK-nın rəhbər şəxsini məhv etdi

MİT PKK-nın rəhbər şəxsini məhv etdi

Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) Suriyanın şimalındakı Qamışlı bölgəsində əməliyyat keçirib.

Baymedia.az xəbər verir ki, bu barədə MİT məlumat yayıb.

Əməliyyat nəticəsində PKK terror təşkilatının “təhlükəsizlik məsələləri üzrə rəhbər şəxsi” Müzdelif Daşkın zərərsizləşdirilib.

Onun 2007-ci ildə baş tutan Dağlıca hücumunun iştirakçısı olduğu vurğulanıb.