• 19 Sentyabr 2026
logo
Binəli Yıldırım Azərbaycanı təbrik etdi

Binəli Yıldırım Azərbaycanı təbrik etdi

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, sabiq baş nazir Binəli Yıldırım Bakının işğaldan azad olunmasının 105-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.

Baymedia.az xəbər verir ki, bu barədə Binəli Yıldırım X hesabında yazıb.

“Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin 105-ci ildönümü mübarək olsun”, - o bildirib.

Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 105-ci ildönümüdür.