• 19 Sentyabr 2026
logo
Güneyli sənətçi ETTELAAT təcridxanasına köçürüldü

Güneyli sənətçi ETTELAAT təcridxanasına köçürüldü

Milli rəqs müəllimi, mədəni fəal Peyman İbrahimi Dinvər ETTELAAT-ın Təbrizdəki təcridxanasında saxlanılır.

Baymedia.az xəbər verir ki, İbrahimi bu barədə ailəsi ilə qısa telefon danışığında məlumat verib.

Avqustun 26-da Təbrizdə şəxsi mənzilində həbs edilən sənətçinin nədə ittiham olunduğu barədə məlumat verilmir.