• 20 Sentyabr 2026
logo
Ərdəbilli müəllim həbs edildi

Ərdəbilli müəllim həbs edildi

Avqustun 29-da Ərdəbildə yaşayan təqaüdə çıxmış müəllim Qulamrza Əsgəri təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Baymedia.az xəbər verir ki, bu barədə Ərdəbil Təhsil İşçilərinin Həmkarlar İttifaqı Təşkilatının üzvü Bəhram Neməti məlumat verib.

“Təhlükəsizlik məmurları avqustun 29-da müəllimlərin etiraz aksiyasından əvvəl Qulamrza Əsgərinin evinə hücum edərək onu saxlayıb və naməlum yerə aparıblar. Ailəsinin onun harada saxlanılması ilə bağlı müraciətləri nəticəsiz qalıb. Həbs edilən müəllim Ərdəbilin tanınmış mədəniyyət xadimlərindən və İran-İraq müharibəsi qazilərindəndir ”, - o bildirib.