• 20 Sentyabr 2026
logo
Ərdoğan və İsveç baş naziri ilə görüşəcəm - Stoltenberq

Ərdoğan və İsveç baş naziri ilə görüşəcəm - Stoltenberq

Bazar ertəsi günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveç Baş naziri Ulf Kristerrsonla birgə üçtərəfli görüş keçirəcəyəm.
Baymedia.az xəbər verir ki, bu sözləri NATO rəhbəri Yens Stoltenberq deyib.
O, liderlərlə NATO sammiti çərçivəsində Litvanın paytaxtı Vilnüsdə bir araya gələcəyini bildirib.
Qeyd edək ki, Y.Stoltenberq Vilnüsdəki sammitdə (11 – 12 iyul) İsveçin NATO-ya qoşulmayacağını bildirmişdi.