• 20 Sentyabr 2026
logo
Güneyli fəal barəsində həbs qərarı çıxarıldı

Güneyli fəal barəsində həbs qərarı çıxarıldı

Şərqi Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsinin ikinci bölməsi mədəni fəal Muxtar İbrahimi barədə həbs qərarını təsdiq edib.
Baymedia.az xəbər verir ki, bu barədə milli fəalın yaxınların məlumat yayıblar.
İbrahimi "hökumətə qarşı təbliğat" ittihamına görə bir il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, tanınmış milli-mədəni fəal Muxtar İbrahimi politologiya üzrə mütəxəssis və nüvə fizikası tələbəsidir. O, bundan öncə dəfələrlə mədəni fəaliyyətlərinə görə saxlanılıb, dindirilib və qondarma ittihamlarla mühakimə olunub.