Fars irqçiliyi və ya fars şovinizmi erməni irqçiliyinin əksidir
İran prezidenti İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Ələmülhudanın Venesuela mediasına verdiyi müsahibədə türkləri düşmən adlandırması sosial şəbəkələrdə, eyni zamanda bir çox siyasinin haqlı etirazına səbəb olub, o, kədkin formada qınanılıb.
"Tarix boyu İranın çoxlu düşməni olub: monqollar, türklər, ərəblər... Amma onlar İranın dil, mədəniyyət və sivilizasiyasını dəyişə bilməyiblər", - Cəmilə Ələmülhuda deyib.
Ekspert Əkrəm Bıydəmirli "Xalq Cəbhəsi"nə bildirib ki, İran prezidenti İbrahim Rəisinin həyat yoldaşının türklər və monqolları İranın çoxəsrlik düşmənləri adlandırması siyasi etikanı tapdalanmasıdır. Digər tərəfdən türk düşmənçiliyinin İranda dərin köklərinin olmasına işarə edi: "Bu ölkədə 40 milyona yaxın Azərbaycan türkünün bütün hüquqlarının pozulması, onların öz doğma ana dillərində məktəblərinin olmaması və digər antitürk əhval-ruhiyyəsinin kökündə məhz türk düşmənçiliyi dayanır. İranda bir ovuc erməni üçün hər cür şərait yaradılır. Hətta erməni dilində onların məktəbləri fəaliyyət göstərir. Amma orada bizim 40 milyona yaxın soydaşımız fiziki və mənəvi terrora məruz qalır. Təbii ki, türk düşmənçiliyini həyat tərzinə çevirələnlərin gələcəyi yoxdur. Bütün hallarda belə zehniyyət cəmiyyətdə mənfi atmosfer yaradır və xalqların qəzəbinə düçar olur".
Güneyli jurnalist Məsud Haray deyib ki, İran prezidentinin xanımı Cəmilə Ələmülhudanın müsahibəsi narazılıq doğurdu. Onun sözləri isə şiə-şüubiyə təfəkkürünü ortaya qoydu.
Onun sözlərinə görə, belə yanaşma paniranist təfəkkür ilə eynilik təşkil edir: “Farslar ərəblərin o dövrdə sürdüyü hakimiyyətin düşmənçiliyini edirlər. Sanki ərəblərdən daha öncə yalnız və yalnız farsların hakimiyyəti olub. Bu hakimiyyətə ərəblər son veriblər. O səbəbdən də bu təfəkkürlə ərəb düşmənçiliyi, sonra min illər dünyanı idarə edən türklərin hakimiyyəti ilə türk düşmənçiliyi ortaya çıxdı. Bunlar da şiə-şüubiyənin əsas fəlsəfəsidir. Elə xanımın sözlərində də eyni düşüncənin şahidi olduq. Türkləri, ərəbləri, monqolları düşmən adlandırdı. Monqolları da türk boylarından hesab etdikləri üçün onları da düşmən sayırlar. Farsların məntiqi ilə biz bu bölgəyə gəlməyik. Bu yerin əsl sahibi farslar olub. Təbii ki, yanlış təfəkkürdür. Bunu həm də paniranist təfəkkür adlandırmaq olar. Həmin xanımın yalanları paniranistlərin yalanları ilə üst-üstə düşür”.
Məsud Harayın bildirib ki, Cəmilə Ələmülhudanın fikirlərini Rza Pəhləvi də bir vaxtlar dilə gətirib: “Rza Pəhləvi də Cəmilənin sözlərinin eynisini deyib. O da müsahibələrində ərəblərin, türklərin, monqolların hücumundan danışıb və qəsbkar olduqlarını söyləyib. Paniranist və şiə-şuubiyə düşüncəsi bir fəlsəfədən çıxış edir. Onu da qeyd edim ki, İran yetkililəri bunu birbaşa söyləməsə də, arxa planda hər gün danışdıqları, planladıqları məsələrdən biri türk və ərəb düşmənçiliyi olub. Bu xanım da burada açıq şəkildə, diplomatiya etikası gözləmədən söylədi. Yəni, bəzi gerçəklər var idi ki, dilə gətirilmirdi, Cəmilə xanımın vasitəsi ilə birbaşa dedilər”.
O, birinci xanımın sözlərində ziddiyətlərin olduğunu deyib: “Müsahibəsində deyir ki, guya, bunun oxuduğu şəhid Behişti Universiteti Amerika Universitetlərindən daha əvvəl yaranıb. Hətta universitetin həyətindəki ağacların yaşı Amerika universitetlərindən daha qədimdir. Hansı ki, bu universitetin əsası 1959-cu ildə qoyulub. Amerikada isə 1776-da yarandığı bilinir. Onun müsahibəsində başqa bir məqam da diqqət çəkir. Deyir ki, xanımların təhsil almasına və işləməsinə gərək yoxdur. Onlar ancaq evdə oturmalıdır. Bu qəbuledilməzdir. Onun fikirləri qeyri-demokratik sayıla bilər. Bu, siyasi olaraq da İran hökumətinin əsas fəlsəfəsini təşkil edir”.
Politoloq Azər Qasımov isə deyib ki, İran prezidentinin həyat yoldaşı bir həqiqəti etiraf edib. Hər zaman dediyimiz fars irqçiliyinin kökündə türk düşmənçiliyinin olması gerçəyi bu dəfə özlərinin dilindən səsləndirilib. Qara çadraya bürünmüş müsəlman görünüşlü bu şeytan müsəlmanlığa da, dindaşlığa da tüpürüb. Deyib ki, türklər farsların düşmənidir. Əslində, buna görə ona "sağ ol " demək lazımdır ki, reallığı açıq şəkildə dilləndirib. Fars irqçiliyi və ya fars şovinizmi erməni irqçiliyinin əksidir. Bu, sivilizasiyaların qarşıdurmasıdır. Bu xəstə iki toplum özlərini ali irqin nümayəndəsi hesab edirlər. Türk irqini isə özlərinin düşməni hesab edirlər. Onlar tarixin ilk çağlarında qalmış təfəkkürlü düşüncələri ilə müasir dövrə qədər sürünərək gəlmiş xəstə toplumdurlar. Fars qadının bu təfəkkürlə tərbiyə etdiyi uşaqları, eynən erməni qadınının uşaqlarını türk düşmənçiliyi ruhunda böyütməsi ilə eynilik təşkil edir. Bu iki insanlıq düşməni irqin tarix qarşısında cavab verəcəyi günə az qalır. Min illik Türk idarəçiliyində olduqları dövrdəki kimi düşmənçiliklərini içlərində gizlədərək yaşadıqları dövrlər yenidən gələcək. Amma, bu dəfə onların içlərindən Türk düşmənçiliyini silmək türklərə borc olsun.
Politoloq Vasif Əfəndi isə deyib ki, İran prezidentinin həyat yoldaşının türkləri düşmən adlandırması diplomatik qalmaqal yaratması ilə yanaşı İranın miliyyətçi mahiyyətini bütün çılpaqlığı ilə göstərdi: "Onun “Tarix boyu İranın çoxlu düşməni olub: monqollar, türklər, ərəblər... Amma onlar İranın dil, mədəniyyət və sivilizasiyasını dəyişə bilməyiblər" iddiası çox gülünc olsa da onu diqqətdən kənar buraxmaq olmaz: "Bu bəyanat ilk növbədə İranda milli ayrı-seçkilik və etnik qarşıdurmaya səbəb olacaq ifadələrdir. Əminəm ki, yaxın günlərdə Cəmilənin bu axmaq bəyanatı İranda yaşayan ərəblər və türklər tərəfindən cavab veriləcəkdir. Hesab edirəm Kİ, Cəmilənin bilmədiyi tarixi həqiqətləri ona anlatmaq gərəkdir. Cəmilə Ələmühuda unutmamalıdır ki, bu gün İranın fars dövləti kimi tanınmasın, fars dilinin və mədəniyyətinin itməyərək dominantlıq etməsini təmin edənlər məhz türklər olmuşlar. Səfəvilərin 1500-cü ildən indiki İrana, o zamankı türk coğrafiyasına siyasi şiəliyi gətirməsəydilər bu gün İran adlanan dövlət tam türk dövləti olacaqdı. Yenə də türk soylu pəhləvilərin hakimiyyətə gəlişindən, İran Qacarlardan sonra birmənalı olaraq fars dövləti olaraq tamamladı. Prezident Rəsinin arvadı biz türklərin farslar üçün etdiyi yaxşılığın əvəzini təşəkkürlər deyil, böhtan və iftira atmaqla cavab verirsə bu onların nə qədər rəzil olmasının sübutudur. Adətən bu sayaq bəyanatlar son ümid çırpıntılarıdır. İran növbəti inqilaba hamilədir və bu dəfə türklər tarixi səhvlərini düzəldər. İran 1000 il öncə olduğu kimi yenidən türklərin dövləti olar".
Cavid