İran Prezidenti İbrahim Rəisinin Təbrizə səfər etdiyi vaxtda bir qrup təbrizli etiraz aksiyası keçirib.
Baymedia.az xəbər verir ki, bu barədə yerli sosial media fəalları məlumat və fotolar yayıblar.
Aksiyada Təbrizin Xavəran-2 bölgəsinin əhalisi on minlərlə vətəndaşın yaşadığı bölgənin bir çox binalarının hələ də yarımçıq qaldığını, yiyələrinə təhvil verilmədiyini, su, elektrik, yol, qaz və şəhər infranstrukturunun olmadığını, iki ildir hökumət tərəfindən verilən vədlərin yerinə yetirilmədiyini deyiblər.
Bölgəyə cəlb olunan hökumət məmurları "prezident, sizi müqəddəslərə and veririk, bizi bu bəladan qurtarın" məzmunlu lövhələr qaldıran etirazçıların prezidentin kortejinin qarşısına çıxmalarına imkan verməyib.