• 26 Aprel 2024
logo
Təbrizli deputatın çıxışına qadağa qoyuldu

Təbrizli deputatın çıxışına qadağa qoyuldu

Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki millət vəkili Əhməd Əlirzabeyginin parlamentdə çıxışına qadağa qoyulub.
Baymedia.az xəbər verir ki, bu barədə millət vəkili özü açıqlama verib.
“Mənim mikrofonum bağlanılıb və çıxışıma icazə verilmir. Parlament rəhbərliyinin məsələ ilə bağlı münasibət bildirməsini istəyirəm”, - o deyib.
Xatırladaq ki, Ə.Əlirzabeygi bir müddət öncə İranın sənaye, mədən və ticarət naziri Seyid Əmin Fatiminin impiçment olunmamaq üçün parlament üzvlərinə rüşvət verməsi barədə açıqlamalar yaymışdı. O, oxşar məsələlərlə bağlı parlament üzvlərinə əlavə imtiyazlar da tanındığını demişdi.
Millət vəkilinin bu çıxışlarından sonra nazir vəzifəsindən uzaqlaşdırılsa da, Əlirzabeygiyə qarşı təzyiqlər davam edir.