Mayın 18-i axşam saatlarında Təbrizdə 5 milli-mədəni fəal təhlükəsizlik məmurları tərəfindən həbs edilərək naməlum istiqamətə aparılıb.
Baymedia.az xəbər verir ki, bu barədə həbs edilən fəalların yaxınları məlumat yayıblar.
Saxlanılanların Davud Şiri, Həmzə Vəlizadə, Ruhullah Əhmədinejad, Cavad Əhmədzadə və Əlirza Səbri olduğu bildirilib.
Fəalların evlərində axtarış aparılıb, onlara məxsus şəxsi əşyalar götürülüb.
Onların 22 may qiyamının 17-ci ildönümü ilə bağlı saxlanıldığı ehtimal edilir.