• 20 Sentyabr 2026
logo
Türkiyə şəhidlərin qisasını aldı: 5 terrorçu məhv edildi

Türkiyə şəhidlərin qisasını aldı: 5 terrorçu məhv edildi

Türkiyə ordusu 5 PKK terrorçusunu məhv edib.
Baymedia.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
“Şəhidlərimizin qisası alındı. Şırnakın Bestler Dərələr bölgəsində başladılan əməliyyatda 5 terrorçu məhv edildi. Terrorun kökü kəsilənə qədər davam edəcəyik”, - nazir bildirib.