• 20 Sentyabr 2026
logo
Ali Seçki Qurumu seçkilərlə bağlı açıqlama yaydı

Ali Seçki Qurumu seçkilərlə bağlı açıqlama yaydı

Türkiyədə seçki prosesi bu saata qədər problemsiz şəkildə davam edir.
Baymedia.az xəbər verir ki, bunu Türkiyənin Ali Seçki Qurumunun sədri Əhməd Yenər deyib.
"Namizədlər siyahısında dəyişiklik edilməyib. Məhərrəm İncənin namizədliyini geri götürməsinə baxmayaraq, vətəndaşlar ona da səs verə biləcək", - Yenər bildirib.
Qeyd edək ki, Yenər ötən gün İncənin səslərinin keçərli olacağını da bildirmişdi.