• 20 Sentyabr 2026
logo
Təbrizli millət vəkili dərman çatışmazlığı barədə danışdı

Təbrizli millət vəkili dərman çatışmazlığı barədə danışdı

Ölkədə hakim olan dərman çatışmazlığı yanlış idarəçiliyinin nəticəsidir.
Baymedia.az xəbər verir ki, bu sözləri Təbrizin İran parlamentindəki millət vəkili, parlamentin Səhiyyə Komissiyasının üzvü Məsud Pezeşkiyan deyib.
O, hökumət və Səhiyyə Nazirliyinin dərman təminatı ilə bağlı proqramı olmadığını deyib:
"Dərman məsələsinə dair hərtərəfli, tam plan və proqram yoxdur. Bu, dərman bazarında xaosa səbəb olub",- Pezeşkiyan qeyd edib.
Qeyd edək ki, İran parlamentinin Səhiyyə Komissiyasının rəhbəri Hüseynəli Şəhriyari bir neçə gün əvvəl dərman qıtlığı yaranacağı barədə xəbərdarlıq edib.