• 20 Sentyabr 2026
logo
İran daha bir konvensiyanı pozur

İran daha bir konvensiyanı pozur

İran hökuməti azyaşlı uşaqları hərbi təlimlərə və ideoloji kurslara cəlb etməkdə davam edir.

Baymedia.az xəbər verir ki, bu barədə SEPAH-a bağlı yarım-hərbi “Bəsic” qüvvələrinin Qəzvin əyalətindəki məsulu İbrahim Rəsulifər məlumat verib.

“Bu qəbildən olan tədbirlər çərçivəsində SEPAH may ayında Qəzvin əyalətində 8 min azyaşlı oğlan və qıza hərbi təlimlər keçməyi, atıcılıq dərsləri verməyi planlaşdırıb”, - o söyləyib.

Həmçinin, azyaşlıların şəhidlik üçün hazırlanması məqsədi ilə ideoloji dərslər keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, bu, İranın 1994-cü ildən qoşulduğu Uşaq Hüquqları Konvensiyasını pozulması deməkdir.