• 20 Sentyabr 2026
logo
İranda şəriət qaydalarına görə onlarla iş yeri qapadıldı

İranda şəriət qaydalarına görə onlarla iş yeri qapadıldı

İranın Mərkəz əyalətində "İslami qaydaların riayət olunmaması” və hicabsızlara xidmət göstərdiyi üçün daha 47 iş yerinin fəaliyyətinə qadağa qoyulub.
Baymedia.az xəbər verir ki, bu barədə Mərkəz əyalətinin İctimai Yerlər və Obyektlərə Nəzarət İdarəsinin başçısı Mehdi Təqəviniya məlumat verib.
O, daha 35 iş yerinin sahibinə xəbərdarlıq edildiyini və bir neçə iş adamının cərimələndiyini bildirib.
Qeyd edək ki, son bir neçə həftədə şəriət qaydalarına riayət etməməsi səbəbi ilə 1000-dən çox iş yerinin fəaliyyəti qadağan edilib.