• 25 Aprel 2024
logo
İncə Kılıçdaroğlunun təklifini rədd etdi

İncə Kılıçdaroğlunun təklifini rədd etdi

Türkiyənin Məmləkət Partiyasının sədri Məhərrəm İncə Cümhur İttifaqının vahid namizədi Kamal Kılıçdaroğlunun xeyrinə geri çəkilmə təklifini rədd edib.
Baymedia.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Qeyd edək ki, dünən Məmləkət Partiyasının qərargahında Məhərrəm İncə ilə Kamal Kılıçdaroğlu arasında görüş baş tutmuşdu. Görüş zamanı Kılıçdaroğlu İncəyə namizədliyini onun xeyrinə geri götürməyi təklif etsə də, ikinci bununla razılaşmayıb.
Jurnalistlərə açıqlamasında da Məhərrəm İncə belə bir şeyin olmadığını deyib.