• 24 Aprel 2024
logo
Stoltenberq Ərdoğanla İsveç və Finlandiyanın NATO-ya üzvlüyü barədə müzakirə aparıb

Stoltenberq Ərdoğanla İsveç və Finlandiyanın NATO-ya üzvlüyü barədə müzakirə aparıb

NATO Baş katibi Yens Stoltenberq və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bu barədə NATO Baş katibi "Twitter"də bildirib.
"Finlandiya və İsveçin NATO müraciətlərini müzakirə etmək üçün dəyərli müttəfiqimiz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yaxşı müzakirəmiz oldu. Gələn həftə Brüssel və Madriddə danışıqları davam etdirməyə razılaşdıq", - Stoltenberq qeyd edib.