• 18 Aprel 2024
logo
Türkiyə, Rusiya, Ukrayna və BMT arasında danışıqlar keçiriləcək

Türkiyə, Rusiya, Ukrayna və BMT arasında danışıqlar keçiriləcək

Yaxın günlərdə Rusiya, Ukrayna, Türkiyə və BMT-nin humanitar məsələlər üzrə təmas qrupunun toplantısı keçiriləcək.
RİA Novostinin verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
“BMT Baş katibinin təklif etdiyi humanitar məsələlər üzrə BMT, Türkiyə, Rusiya və Ukraynadan ibarət təmas qrupu var. Yaxın günlərdə texniki səviyyədə görüş keçirməyi planlaşdırırıq”.