• 23 Aprel 2024
logo
Türkiyədə keçirilən taktiki-uçuş təliminə hazırlıq brifinqi təqdim olunub

Türkiyədə keçirilən taktiki-uçuş təliminə hazırlıq brifinqi təqdim olunub

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anatolian Phoenix-2022” taktiki-uçuş təliminə hazırlıq və mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təlimdə iştirak edəcək müxtəlif ölkələrin nümayəndələrinə təqdim olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotlarının və aviasiya vasitələrinin iştirakı ilə keçirilən beynəlxalq təlim may ayının 27-dək davam edəcək.