• 18 Aprel 2024
logo
Ərdoğan: Hədəfimiz Serbiya ilə ticarətimizin həcmini 5 milyard dollara çatdırmaqdır

Ərdoğan: Hədəfimiz Serbiya ilə ticarətimizin həcmini 5 milyard dollara çatdırmaqdır

Serbiya ilə ticarət həcmimiz keçən il 34%-ə yaxın artımla 2 milyard dollara çatıb.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiya Prezidenti Vuçiçlə birgə mətbuat konfransı zamanı deyib.
O, qeyd edib ki, həmkarı ilə iki ölkə arasındakı əməkdaşlığın bütün mərhələlərini müzakirə edib: “Başda Balkanlar olmaqla regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi apardıq. 2021-ci il əlaqələrimiz üçün müstəsna il oldu. Serbiya Türkiyədəki fəxri konsulluqlarının sayını Alanya və Bursada 5-ə çatdırıb. Pandemiyanın təsirlərinə baxmayaraq, ticarət həcmimiz rekordlar qırmağa davam edir. Hədəfimiz 5 milyard dollara çatmaqdır. Qarşıdakı dövrdə həyata keçirilə biləcək birgə layihələr haqqında fikir mübadiləsi apardıq. Serbiyada 1300-dən çox türk şirkəti fəaliyyət göstərir və 8000-ə yaxın işçi çalışır”, - deyə Ərdoğan bildirib.