• 9 Oktyabr 2026
logo
Türkiyə aktyoru Sezai Aydın vəfat edib

Türkiyə aktyoru Sezai Aydın vəfat edib

Türkiyənin teatr və kino aktyoru Sezai Aydın vəfat edib.
CNN "Türk”ün veridiyi xəbərə görə, 69 yaşlı aktyor koronavirusdan müalicə alırdı.
S. Aydın 1952-ci ildə Ankarada anadan olub. O, teatr səhnəsində çıxış etməklə yanaşı bir sıra seriallarda da çəkilib.
Bundan başqa, Al Paçino və Robert de Niro kimi aktyorların canlandırdığı obrazları türk dilində səsləndirib.